İş vaxtı 09:30-16:30, İstirahət günləri - Şənbə, Bazar

Cari Hesablar - Korporativ Bankçılıq

Hüquqi şəxslər üçün cari hesablar

Bankımız rezident və qeyri-rezident hüquqi şəxslərə manatla və xarici valyutalarda hesablaşma-kassa xidməti göstərir. Müştərilərə göstərilən xidmətlərin tarifləri İdarə Heyəti tərəfindən təsdiq olunur.

Bankımız öz müştərilərinə aşağıdakı hesablaşma-kassa xidmətlərini göstərir:

  • Manatda və xarici valyutada cari və depozit hesablarının açılması;
  • Pul vəsaitlərinin saxlanılması;
  • Azərbaycan daxilində və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
  • Hesaba daxil olmuş pul vəsaitlərinin hesabdan çıxarılması;
  • Hesabda vəsait qalığının saxlanması;
  • Hesabdakı vəsaitin idarə olunmasının banka həvalə olunması;
  • Hesaba vəsaitin əlavə olunması;
  • AZN, ABŞ Dolları və Avro valyutalarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Əmanətlər (depozitlər) üzrə faizlərin alınması;
  • Ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.

Hüquqi şəxslərin cari hesablarının açılması üçün tələb olunan sənədlər

Bankımızda hüquqi şəxslərə hesabların açılması Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bu zaman aşağıdakı sənədlər tələb oluna bilər:

  • Nizamnamənin notarius tərəfindən təsdiq edilmiş surəti (e-taxes.gov.az-da elektron formada olmadığı halda)
  • Şəhadətnamənin (VÖEN) əsli (surəti çıxarılıb əsli geri qaytarılır)
  • Dövlət (Vergilər Nazirliyində) qeydiyyatı haqqında sənədin (Reyestrdən Çıxarışın) notarius tərəfindən təsdiq edilmiş surəti e-taxes.gov.az-da elektron formada olmadığı halda)
  • Möhür və imza nümunələri olan vərəqlərin notarius tərəfindən təsdiq edilmiş surəti (1 nüsxədə)
  • Vergi orqanı tərəfindən verilmiş (elektron) Şəhadətnamə-Dublikat (hər hesab üzrə)
  • Hesaba sərəncam vermək (imza) hüququ olan şəxslərin təyin edilməsi haqqında sənədlərin (protokol, qərar, əmr) təşkilat tərəfindən möhürlə təsdiq edilmiş surəti  və şəxsiyyətlərini təsdiq edən sənəd
  • Hesaba sərəncam vermək (imza) hüququ olan şəxslərin şəxsiyyəti təsdiq edən sənədin əsli (surəti çıxarıldıqdan sonra geri qaytarılır)

    Hesab açılması üçün hər hesab üzrə öz valyutasında 10 pul vahidi xidmət haqqı tutulur     

    Xarici şirkətlərin nümayəndələri üçün əlavə olaraq xarici şirkətin təsis sənədləri lazımdır,   

    direktorun təyin edilməsi və direktorun adına etibarnamə tərcümə olunmuş və notarius   

    tərəfindən təsdiq edilmiş direktorun şəxsiyyət vəsiqəsinin surəti

Cari hesab üzrə əməliyyatların aparılması şərtləri

  • Cari hesab üzrə əməliyyatlar mövcud qanunvericiliyə əsasən hesabdakı qalıqlar çərçivəsində həyata keçirilir;
  • Cari hesabdakı qalığa faiz hesablanmır;
  • Göstərilmiş xidmətlərə görə komissiya Bankın İdarə Heyətinin təsdiq etdiyi Tariflər əsasında əməliyyatın həyata keçirildiyi gün tutulur;
  • Müştəri, Müqavilə əsasında Bank tərəfindən tanınmış səlahiyyətlərini (tam və ya qismən) qanunvericiliyə əsasən rəsmiləşdirilmiş etibarnamə ilə öz nümayəndəsinə ötürə bilər.

KREDİT

Kalkulyatoru

KREDİT

Müraciəti

12%-dən

başlayaraq

NAĞD KREDİTLƏRİ QAÇIRMAYIN!